Sığortaya cəlb olunan avtomobillərin 27 faizi "VAZ" olub

Al-sat 1 Sentyabr 2015 12:01 Oxunub 14989
Sığortaya cəlb olunan avtomobillərin 27 faizi "VAZ" olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ötən ay icbari sığortaya cəlb edilən minik avtomobillərinin sayı 72 129, yük avtomobillərinin sayı 10 376 ədəd olub

Azərbaycanda bu ilin avqust ayında icbarı sığortaya cəlb olunan avtonəqliyyat vasitələrinin 19 124-ü “VAZ” və ya 26,5%-i, 18 210-u və ya 25,3%-i “Mercedes Benz” markalı avtomobillər olub. Avtosfer.az xəbər verir ki, bu barədə "report"a İcbari Sığorta Bürosundan (İSB) məlumat verilib.

Məlumata görə, bu siyahıda sonrakı yerləri "Hyundai", "Toyota", "Opel", "Ford", "Kia", "Nissan", "Mitsubishi", "Volkswagen" və digər markalı avtomobillər tutur.

Avqust ayında icbari sığortaya cəlb olunan avtonəqliyyat vasitələrinin kateqoriyaları üzrə ümumi bölgüyə görə, ən yüksək nəticə minik avtobmobillərində qeydə alınıb. Ötən ay icbari sığortaya cəlb edilən minik avtomobillərinin sayı 72 129, yük avtomobillərinin sayı 10 376 ədəd olub. 

Qeyd edilən dövrdə ən az icbari sığorta polisi motosikletlər üzrə əldə olunub. Belə ki, bu rəqəm avqustda 113 olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh