Sığortaya görə polislərə mükafat verildi

Yol polisi 1 Sentyabr 2015 17:54 Oxunub 1791
Sığortaya görə polislərə mükafat verildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
15 yol polisi əməkdaşına pul mükafatı verilib

Naxçıvan Muxtar Respublikasında avtomobillərin icbari sığortası ilə bağlı görülən işlərə görə, yol polisləri mükafatlandırılıb. Avtosfer.az fins-ə istinadən xəbər verir ki, Dövlət Yol Polisi İdarəsi ilə Dövlət Baş Sığorta Agentliyinin birgə tədbirində Agentliyin baş direktoru Hikmət Əsgərov deyib ki, son dövrlərdə avtomobillərin müayinə mərkəzlərinin yaradılmasının mülki məsuliyyətin icbari sığortasını asanlaşdırıb. Belə ki, bu mərkəzlərdə sığorta agentliyinin nümayəndələri də fəaliyyət göstərir.

H.Əsgərov avtomobillərin icbari sığortalanmasında yol polisinin işinin də əhəmiyyətli olduğunu və sığortalanan avtomobillərin artdığını deyib: «Ötən yeddi ayda Naxçıvan Muxtar Respublikasında 10978 avtomobil icbari qaydada sığortalanıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 900 müqavilə çoxdur». Bu münasibətlə muxtar respublikada sığorta işinin aparılmasında fərqlənən 15 yol polisi əməkdaşına pul mükafatı verilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh