Havanı korlayan 36 sürücü cərimələndi

Yol polisi 2 Sentyabr 2015 23:22 Oxunub 1493
Havanı korlayan 36 sürücü cərimələndi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülər qanunvericiliklə müəyyənləşdirilən qaydada məsuliyyət daşıyırlar

Avqustun 1-dən ölkə ərazisində “Təmiz hava” aylığına start verilən reydlər sona çatıb. Avtosfer.az Kəpəz TV-yə istinadən xəbər verir ki, yoxlamalar  zamanı 30-dan artıq sürücü cərimə olunub. Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsi bu ay ərzində keçirdiyi yoxlamaların nəticələrini açılayıb. 

Şöbənin təbliğat və təşviqat üzrə inspektoru Vasif Əşrəfov bildirib ki, “Təmiz hava” aylığı çərçivəsində 36 nəqliyyat vasitəsinin sürücüləri  inzibati qaydada cərimələnib. Şöbənin inspektorunun sözlərinə görə, aksiyanın əsas məqsədi atmosfer havasının çirklənməsinə nəzarətin gücləndirilməsi və ətraf mühitin avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınmasıdır. Şöbədən o da bildirilib ki, nəqliyyat vasitələri sahibləri, sürücülər və eləcə də avtonəqliyyat müəssisələri rəhbərləri istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər. Əks halda həmin sürücülər qanunvericiliklə müəyyənləşdirilən qaydada məsuliyyət daşıyırlar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh