Yol polisinin qalmaqala səbəb olan fotosuna rəsmi açıqlama - FOTO

Yol polisi 4 Sentyabr 2015 14:30 Oxunub 2753
Yol polisinin qalmaqala səbəb olan fotosuna rəsmi açıqlama - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP əməkdaşının "London taksisi”nə motosikleti yerləşdirməyə cəhd etməsi ilə bağlı məlumat araşdırılacaq

Dünən sosial şəbəkələrdə yayılan bir foto cəmiyyətdə xeyli müzakirəyə səbəbə olub. Fotoda Dövlət Yol Polisinin əməkdaşı motosikleti London taksisinə qoyaraq cərimə meydançasına apardığı görünür. Hadisə ilə bağlı açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsi ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məsələnin araşdırıldığını deyib: “O fotonu biz də görmüşük, şəkildə tam aydın görsənmir polis əməkdaşı taksiyə nə qoyur. Qanunvericilikdə nəqliyyat vasitəsinin müvafiq qanun pozuntusuna görə cərimə meydançasına aparılması haqda tələb mövcuddur. Qanunu pozan nəqliyyat vasitələri adətən evakuatorla cərimə meydançasına aparılır. Yayılan foto ilə bağlı araşdırma aparılaraq qərar qəbul olunacaq.”

Qeyd edək ki, dünən sosial şəbəkələrdə yayılan fotolarda yol polisinin motosikletin sürücüsü və onun sərnişini olan qızı yerə düşürərək nəqliyyat vasitəsini cərimə meydançasına aparmağa cəhd etməsi iddia olunub. 

Hadisəni sosial şəbəkədə qeyd olunan kimi təqdim edirik: "Elə oldu ki, yol polisi işçisi motosikletlə hərəkət edən qız-oğlan cütlüyünü saxlayır. Sənədləri yoxlayan zamanı mübahisə düşüb, yol polis işçisi qışqıraraq "gör indi sənin başıva nə açıram”- deyib, yoldan keçən "badımcan” taksini saxlayır, qapını açıb motosikleti götürüb zorla içinə yerləşdirir. Bu an taksi sürücüsü narazılığını bildirki ki, "ay kişi, sən nə edirsən, bu adam daşımaq üçün taksidir, evakuator deyil!...”. Polis cavab qaytarır ki "Kəs səsini, mənə ağıl öyrətmə, bu gün də evakuator kimi işləyərsən heç nə olmaz, davay sür bölməyə"... Motosikletdən düşürülən qız-oğlan və ətrafdakılar sakitcə kənarda durub polisin bu biabırçılığına gülərək tamaşa edirdilər”.

 

moderator.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh