Bakıda yol polisindən analoqu olmayan reyd - FOTO

Yol polisi 4 Sentyabr 2015 17:08 Oxunub 4031
Bakıda yol polisindən analoqu olmayan reyd  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisləri "Memar Əcəmi” metrosu yaxınlığında binaların həyətlərində saxlanılan avtomobillərin sürücülərini cərimələyib

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları qəribə reyd keçiriblər. Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yazıblar. Bildirilir ki, yol polisləri "Memar Əcəmi” metrosu yaxınlığında binaların həyətlərində saxlanılan avtomobillərin sürücülərini cərimələyib. Belə ki, 99 YP 473 nömrəli polis maşını məhəlləyə daxil olaraq, məhəllənin düz ortasında maşını saxlayıb və reydə başlayıb. Sakinlər iddia edir ki, polislər binanın həyətinə “səhv girən maşınlar”ı saxlayıb cərimələyiblər: ““Parkovka” olunan maşınların naməlum səbəblərə görə şəkillərini çəkiblər. Bir neçə sakin (sürücülər) bu yol polis işçilərinə etiraz ediblər ki, “sizin elədiyiniz qeyri qanunidir, özbaşınalıqdır, hansı qanunda, harda yazılıb ki, siz məhəlləyə daxil olub hansısa maşını cərimələyə bilərsiz?”. 

Məlumata görə, sakinlər şikayət edəcəklərini bildirəndən sonra yol polis maşını məhəlləni tərk edib.

 

 

 

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh