Yük maşınında boğulub öldülər

Gündəm 4 Sentyabr 2015 19:12 Oxunub 1124
Yük maşınında boğulub öldülər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlar qaçaraq xilas olmaq istəsələr də, amma canlarından oldular

Avstriyada yük maşınında aşkar olunan miqrantların boğularaq öldükləri deyilir. Bu barədə Avstriya polisi xəbər verib. Onların sözlərinə əsasən, hadisə Macarıstan və Serbiyadan Avstraliya sərhədinə keçərkən baş verib.  Üzərilərində tapılmış sənədlərə istinadən, miqrantların Suriya, İraq və Əfqanıstan vətəndaşları olduğu deyilir. Lakin bütün ölənlərin kimliyi məlum olmadığı üçün onların qohumları axtarılır və cəsədləri analiz olunacaq. Belə bir hadisə avqustun sonunda da müşahidə olunub. Belə ki, miqrantları daşıyan yük maşınında boğularaq 59 nəfər ölüb ki, onlardan da səkkizi qadın, dördü uşaq olub.

Bu məsələ ilə bağlı Avstriya hakimiyyəti sərhəddən keçən, qeyri-leqal qaçqınları daşıyan maşınları yoxlamaq qərarına gəlib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh