Azərbaycanın peşəkar sürücüləri dünyaya meydan oxuyur - VİDEO

Avtodünya 5 Sentyabr 2015 00:29 Oxunub 3559
Azərbaycanın peşəkar sürücüləri dünyaya meydan oxuyur - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə “Offroad” idman klubu dünya ekspedisiyasında iştirak edir

Dünyanın müxtəlif ölkələrinə səyahət edən avtomobil həvəskarlarından ibarət qrup “Dünya bizimdir” adlı ekspedisiyaya çıxıb. Azərbaycan Avtomobil Federasiyasından Avtosfer.az-a verilən məlumata görə, 13 nəfərdən ibarət heyətdə Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə ölkəmizin “Offroad” klubu da təmsil olunur.

Bu ilin iyun ayından başlayan ekspedisiya 2 mərhələdə davam edəcək. Səyahətçilər 5 qitədə 50 ölkə üzrə yürüş etməyi nəzərdə tutur. Oktyabrda isə komandanı dünya turunun ikinci mərhələsi gözləyir. Bu mərhələdə iştirakçılar Hindistan, Pakistan, İran və Azərbaycandan keçməyi planlaşdırırlar.

Avtomobil turizmini genişləndirmək məqsədi daşıyan layihənin üzvü Aleksey Kamerzanovun çətin yol şəraitini əks etdirən yürüşdən hazırladığı videonu təqdim edirik:

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh