Oğlan intihar məqsədi ilə özünü qatarın altına atdı

Gündəm 5 Sentyabr 2015 15:53 Oxunub 1459
Oğlan intihar məqsədi ilə özünü qatarın altına atdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakı metrosunda özünü qatarın altına atan Rusiya vətəndaşıdır

Metronun “28 May” stansiyasında faciə baş verib.  “Qafqazinfo”ya hadisə şahidlərinin verdiyi məlumata görə, 18-20 yaşında bir oğlan qatar reysinin üstünə düşüb. Hazırda stansiyada qatarların hərəkəti dayandırılıb.  Lent.az-ın məlumatına görə, Bakı Metropolitenin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev məsələ ilə bağlı qafqazinfo.az-a  faktı təsdiqləyib. Bildirib ki, hazırda stansiyada qatarın hərəkəti dayandırılıb: "Amma hadisənin təfərrüartlarını bilmirəm. Hazırda hadisə yerinə gedirəm. Onun qəsdənmi özünü atdığı, yoxsa ehtiyatsızlıqdan düşdüyü barədə məlumatım yoxdur”.

Hadisə şahidləri bildirib ki, oğlan intihar məqsədi ilə özünü qatarın altına atıb.

ATV.az saytı bildirir ki, intihardan bir neçə dəqiqə əvvəl oğlan gənc qızla platformada mübahisə edib. Sonra isə özünü gələn qatarın altına atıb.

 

Özünü qatarın altına ataraq intihar edən şəxsin kimliyi müəyyən edilib. Nəsimi rayon Polis İdarəsindən verilən məlumata görə, həmin şəxs 1985-ci il təvəllüdlü Mirzəyev Rüstəm Fəxrəddinoviçdir. Onun Rusiya vətəndaşı olduğu bildirilir. Hazırda fakt üzrə araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh