Sabah hava necə olacaq? - PROQNOZ

Gündəm 5 Sentyabr 2015 15:55 Oxunub 1251
Sabah hava necə olacaq? - PROQNOZ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır

Sentyabrın 6-da Bakı və Abşeron yarımadasında havaşəraitinin buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, gündüz mülayim cənub-şərq küləyi əsəcək. Yarımadada havanın temperaturu gecə 20-24, gündüz 30-35 dərəcə isti olacaq. Bakıda gecə 21-23, gündüz 33-35 dərəcə isti gözlənilir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Temperatur gecə 19-24, gündüz 34-37, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.

 

 Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh