Gəncədə 16 yaşlı gənci maşın vurub

Gündəm 6 Sentyabr 2015 03:28 Oxunub 1295
Gəncədə 16 yaşlı gənci maşın vurub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis hadisəni törədən sürücünün axtarışını davam etdirir

Bu axşam Gəncənin Nizami Sovxozu adlanan ərazisində 16 yaşlı gənci maşın vurub. "Report"un məlumatına görə, şəhər sakini 1999-cu il təvəllüdlü Ayxan Qurbanov yolu keçmək istərkən naməlum avtomobil tərəfindən vurulub. Xəsarət alan gənc yaxınlıqdakı insanların köməyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Xəstəyə tibbi yardım göstərildikdən sonra gəncin vəziyyəti stabilləşib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. Polis hadisəni törədən sürücünün axtarışını davam etdirir. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh