Kreditlərlə bağlı qaydalar dəyişir - Mütləq izləyin - VİDEO

Gündəm 6 Sentyabr 2015 03:46 Oxunub 5800
Kreditlərlə bağlı qaydalar dəyişir - Mütləq izləyin - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kreditlərin verilməsi şərtləri sərtləşdirilib

Kreditlərin verilməsi şərtləri sərtləşdirilib. Mərkəzi Bankın tələblərinə görə artıq kredit verilərkən şəxsin adında kredit kartının olub olmaması belə nəzərə alınacaq. Artıq köhnə müştəri, yeni müştəri məfhumu da aradan qaldırılır. Problemli kreditləri azaltmaq istəyi bankları radikal yollara vadar edib. Bəzi bankların hətta pulsuz payladıqları kredit kartları artıq kredit götürmək istəyən şəxsin arzusunu ürəyində qoyacaq. Nəzərə alsaq ki, ölkədə 2 milyona yaxın kredit kart istifadəçisi var, deməli onların başqa bankdan kredit götürməsi mümkün olmayacaq.

Mərkəzi Bankın tələblərinə görə artıq kredit verilərkən şəxsin adında kredit kartının olub olmaması belə nəzərə alınacaq. Kredit kart sahibi hər hansı bankdan kredit götürə bilmək üçün adında olan kartı hətta istifadə etməsə belə bağlamalıdır.

Yeni qaydaların kreditləşməyə də təsirsiz qalmayacağı proqnozlaşdırılır.

İqtisadçıların fikrincə, kredit şərtlərinin sərtləşməsi köhnə müştəri anlayışını da aradan qaldıracaq. Artıq banklarda kredit verərkən şəxsin əvvəlki kredit tarixçəsi nəzərə alınmayacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh