Ralli yarışında qəza: 6 ölü - VİDEO

Avtodünya 6 Sentyabr 2015 14:41 Oxunub 1900
Ralli yarışında qəza: 6 ölü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ölənlərlə yanaşı 16 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb

İspaniyanın şimal-qərb əyalətində keçirilən Ralli yarışmasında sürətlə hərəkət edən avtomobilin izdihama çırpılması nəticəsində azı 6 nəfər həlak olub. Qalisiya vilayətində keçirilən La Korunya rallisində baş vermiş bədbəxt hadisədən ölənlərdən biri hamilə qadın olub.Polisin verdiyi məlumata görə, avtopilot idman maşının həddindən çox sürətlə idarə etdiyi üçün sükana nəzarəti itirib və maşını tamaşaçıların üzərinə sürüb. Ölənlərlə yanaşı 16 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bəziləri xəstəxanada ağır vəziyyətdədir. İspaniyanın baş naziri Mariano Raxoy Tvitter hesabında bəxbəxt hadisə ilə əlaqədar ölənlərin yaxınlarına və dostlarına başsağlığı verib. Tükürpədici qəzadan sonra 140 nəfərin iştirak etdiyi rallinin təxirə salındığı bildirilir. Insidentlə bağlı araşdırma aparılır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh