Sabah ölkədə hava necə olacaq? - PROQNOZ

Gündəm 6 Sentyabr 2015 16:16 Oxunub 1371
Sabah ölkədə hava necə olacaq? - PROQNOZ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var

Sentyabrın 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək, gecə 20-24, gündüz 29-34 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun hərarəti Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan və Şüvəlanda 25-26°, Türkan, Hövsan, Şıx və Sahildə 26-27° isti təşkil edəcək.

Azərbaycanın bölgələrində hava əsasən yağmursuz olacaq. Lakin səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh