Motosikletçini öldürən keçmiş məhbus yaxalandı - FOTO

Gündəm 7 Sentyabr 2015 12:29 Oxunub 1525
Motosikletçini öldürən keçmiş məhbus yaxalandı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni Dairəvi yolda qəza törədib qaçan sürücü tutulub

Bakı şəhər Baş Polis İdarəsi sentyabrın 5-də paytaxtda ölümlə nəticələneən yol qəzası ilə bağlı məlumat yayıb. İdarədən Avtosfer.az-a verilən məlumata görə, DİN Növbətçi Hissələrin İdarəetmə Xidməti, Təhlükəsiz Şəhər Xidməti, Yasamal RPİ İstintaq Şöbəsi, Cinayət Axtarış Şöbəsi və yol polisi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış, istintaq tədbirləri nəticəsində sentyabrın 5-də, saat 02:20 radələrində Yeni Dairəvi yolda qəza törədib qaçan şəxsin kimliyi müəyyənləşib. Belə ki, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Mehman Arif oğlu Qədimovun idarə etdiyi “Suzuki” markalı motosikletlə toqquşaraq ölümə səbəb olan, hadisə yerindən yayınan naməlum sürücünün Bakı şəhər sakini, əvvəllər məhkum olunan, 1988-ci il təvəllüdlü Cahangir Həsənbala oğlu Hüseynov olduğu, avtoqəzanı idarə etdiyi “Toyota-Corolla” markalı avtomobillə törətdiyi müəyyən olunub. Polis həmin şəxsi saxlayıb. Faktla bağlı araşdırma aparılır.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh