Erməni ordusu daha üç hərbçisini itirdi - Bu halda - FOTO

Gündəm 7 Sentyabr 2015 12:44 Oxunub 1168
Erməni ordusu daha üç hərbçisini itirdi - Bu halda - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza baş verib

Ermənistan silahlı qüvvələri daha üç hərbçisini itirib. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, sentyabrın 5-də Tsovak kəndində erməni hərbçiləri qəzaya düşüblər.  Qeyd edilir ki, Vardenis-Martuni avtomobil yolunun 12-ci km-də 86 SU 776 nömrə nişanlı “Mercedes C220” markalı avtomobil ağaca çırpılıb. Qəza zamanı “Mercedes”in sürücüsü 1985-ci il təvəllüdlü S.Q., sərnişinlər 1977-ci il təvəllüdlü Q.M, Q.S. və Q.V. və 1986-cı il təvəllüdlü T.S. müxtəlif xəsarətlər alaraq Vardenis şəhərinin hərbi hospitalına çatdırılıblar. Həkimlər Q.M.-nın vəziyyətini orta ağır, qalanlarının isə ağır kimi dəyərləndiriblər. 1986-cı il təvəllüdlü T.S. aparılarkən yolda ölüb. Xilasedici-yanğınsöndürənlər zərərçəkənləri maşından çıxardıqdan sonra avtomobili zərərsizləşdiriblər.

Sentyabrın 6-da saat 09.00-da 1977-ci il təvəllüdlü Q.S və Q.V dünyasını dəyişib. Yaralanan və ölənlər Ermənistan Müdafiə Nazirliyinin hərbçiləridir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh