Bakı-Moskva qatarına biletlər bahalaşdı

Gündəm 7 Sentyabr 2015 13:02 Oxunub 1282
Bakı-Moskva qatarına biletlər bahalaşdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Hazırda biletlərin qiyməti dəyişir. Çünki Rusiyada valyuta standart deyil deyə, bilet qiymətləri də dəyişir”

Dərmiryolu stansiyasında Bakı-Moskva reysi üzrə hərəkət edən qatarlara biletlərin qiyməti bahalaşıb.

Avtosfer.az xəbər verir ki, bu barədə vətəndaşlar baku.ws-ə şikayətlərində bildiriblər.

Şikayətçilərin sözlərinə görə, bu istiqamət üzrə qatarlara biletlər tapılmır. Lakin israr etdikdə kassada biletləri üstündə yazılan qiymətdən baha satırlar.

"Əgər bilet yoxdursa, niyə çox pul verəndə tapılır? Niyə biletlərin qiymətini üstündəkindən baha satırlar?”, - deyə şikayətçilər bildiriblər.

Suallara cavab tapmaq üçün "Azərbaycan Dəmir Yolları” QSC-i ilə əlaqə saxladıq. Qurumun "Sərnişindaşınmaları” şöbəsinin rəisi İlyar Muradov açıqlamasında bildirdi ki, avqust ayında həqiqətən də həmin istiqamət üzrə böyük sıxlıq olub. Onun sözlərinə görə, Bakı-Moskva istiqamətində biletlər tapılmadığı üçün növbələr yaranıb.

"Hazırda problem həll olunub. İndi biletlər var”, - deyə İlyar Muradov bildirib.

Biletlərin baha qiymətə satılmasına gəlincə, İlyar Muradov bu faktı inkar etmədi. O, biletlərin qiymətinin standart olmadığını dedi: "Hazırda biletlərin qiyməti dəyişir. Çünki Rusiyada valyuta standart deyil deyə, bilet qiymətləri də dəyişir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh