Avtobusda sərnişinləri qarət edən dəstə yaxalandı

Gündəm 7 Sentyabr 2015 13:30 Oxunub 1191
Avtobusda sərnişinləri qarət edən dəstə yaxalandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlardan biri qadındır və hər üçü əvvəllər məhkumluq həyata yaşayıb

Paytaxt ərazisində avtobuslarda sərnişinləri qarət edən dəstə ələ keçib. Bakı şəhər BPİ-dən Avtosfer.az-a verilən məlumata görə, BPİ-nin Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində,avqustun 26-da 57 saylı xətt avtobusunda Bakı şəhər sakini İrina Romanovanın əl çantasından 35 manat və bankomat kartı olan pul kisəsini gizli yolla oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunanlar – 1970-ci il təvəllüdlü Oruc Müzəffər oğlu Məhərrəmov, 1979-cu il təvəllüdlü Azər Sabir oğlu Kərimov və 1981-ci il təvəllüdlü Samirə Ənvər qızı Əbiyeva tutulub. Şübhəlilərdən O.Məhərrəmovdan 0,757 qram, A.Kərimovdan 1,021 qram tiryək aşkar olunaraq götürülüb. Şübhəli şəxslər ətrafında əməliyyat-axtarış, istintaq tədbirləri davam etdirilir.  

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh