Dəhşətli qəzada ölənlər toydan gəlirmiş – FOTO

Gündəm 8 Sentyabr 2015 01:25 Oxunub 1558
Dəhşətli qəzada ölənlər toydan gəlirmiş – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Quba-Xaçmaz yolunda baş vermiş qəza nəticəsində ölənlərin adları məlum olub

Quba-Xaçmaz yolunda baş vermiş qəza nəticəsində ölənlərin adları məlum olub. Ölənlərdən birinin adı 1982-ci il təvəllüdlü Cəlal Tofiq oğlu Hüseynovdur. Ölən digər iki nəfərin adının isə Emil və Seymur olduğu bildirilir. Məlumata görə, avtomobildə olanlar Qubadan toydan Xaçmaza evlərinə gedirlərmiş. Ölən Emil adlı şəxsin toy operatoru olduğu bildirilir. İlkin versiyaya görə, dəhşətli qəzaya səbəb yüksək sürət olub.

Hadisəni Quba polisi araşdırır.

 

***

 

Quba-Xaçmaz yolunda baş vermiş qəza nəticəsində ölən daha iki nəfərin də adı dəqiqləşdirilib. Ölənlərdən birinin adı 40 yaşlı Seymur Samir oğlu Qəribov, digərinin adı isə 36 yaşlı Emil Ağarəhim oğlu Rəhimovdur. Seymur Samir oğlu Qəribov avtomobilin sürücüsü olub. Quba rayon Polis Şöbəsinin müstəntiqi Rasim Seyfullayev qəzanın yüksək sürət səbəbindən baş verdiyini təsdiqləyib.

 

anspress

ŞƏRH YAZ
Ad

E-mail

Şərh