Almatıda davamlı və əhatəli nəqliyyatın inkişafı müzakirə ediləcək

Gündəm 8 Sentyabr 2015 12:26 Oxunub 1078
Almatıda davamlı və əhatəli nəqliyyatın inkişafı müzakirə ediləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəqliyyat Nazirliyi məlumat yaydı

Sentyabrın 17-18-də Qazaxıstanın Almatı şəhərində BMT-nin Asiya və Sakit Okean Regionu üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Nəqliyyat Bölməsinin təşkilatçılığı ilə Davamlı və əhatəli nəqliyyatın inkişafı üzrə subregional seminarın keçiriləcək. Автосфер.аз хябяр верир ки, bu barədə oxu.az-a Nəqliyyat Nazirliyindən bildirilib. 

Məlumata görə, seminarın məqsədi davamlı və əhatəli nəqliyyat sistemlərinin inkişafı üçün müxtəlif regional və qlobal təşəbbüs və siyasət seçimlərinin nümayiş etdirilməsi, daha yaxşı milli və şəhər nəqliyyatının yaradılması üzrə fikir və təcrübə mübadiləsinin aparılması, eləcə də müvafiq strategiya və fəaliyyət planlarının müzakirəsidir.  

Qeyd edək ki, tədbirdə Nəqliyyat Nazirliyinin nümayəndələri də iştirak edəcək. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh