Bakının paltar qurudan işıqforları - FOTO

Xəbərlər 12 İyun 2014 23:16 Oxunub 1815
Bakının paltar qurudan işıqforları - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu mənzərə sosial şəbəkədə özünə xeyli sayda oxucu toplaya bilib

Bakının mərkəzində, "Altes" binasının yaxınlığında maraqlı bir mənzərə sosial şəbəkədə özünə xeyli sayda oxucu toplaya bilib. Anspress-in məlumatına görə, həmin mənzərədə şəhər sakinləri bu dəfə iki işıqforun işığından yox, onların dirəklərindən yararlanaraq paltarlarını qurudurlar. Şəkildən göründüyü kimi, bu paltarlar çox böyük ehtimalla həmin ərazidə yaşayan həyət evlərinin sakinlərinə məxsusdur. O ərazilərin də "Sovetski"yə yaxınlığını nəzərə alsaq, deyə bilərik ki, həyətlərində bir qarış torpağı olmayan bu vətəndaşlar məcbur olub işıqforların xidmətlərinə "üz tuturlar".

İşıqforların da üzü həmişə işıqlı olur, bu baxımdan imtina edə bilmirlər...

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh