Generaldan 15 sentyabr açıqlaması – DYP gücləndirilmiş rejimə keçir

Yol polisi 8 Sentyabr 2015 16:31 Oxunub 1794
Generaldan 15 sentyabr açıqlaması – DYP gücləndirilmiş rejimə keçir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Səhlab Bağırov: “İlk dərs günü polis gücləndirilmiş rejimdə işləyəcək”

Yeni dərs ilinin başlanması ilə əlaqədar Bakı polisi gücləndirilmiş iş rejimində çalışacaq. Bu barədə APA-ya açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov məlumat verib. Onun sözlərinə görə, sentyabrın 15-də yeni dərs ilinin başlaması ilə əlaqədar Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrinin yerləşdiyi ərazilər ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması məqsədilə polis tərəfindən nəzarətə götürüləcək. S.Bağırov hər hansı xoşagəlməz hadisənin baş verməməsi və “Bilik Günü”nə qatılacaq valideyn və şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə polis naryadlarının sayının artırılacağını və zəruri olan bütün təhlükəsizlik tədbirlərinin görüləcəyini bildirib.

S.Bağırov həmçinin qeyd edib ki, yeni dərs ilinin başlanması ilə əlaqədar Dövlət Yol Polisi də gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh