Yol polisi: "Bu il Bakı yollarında 52 uşaq ölüb"

Yol polisi 8 Sentyabr 2015 17:05 Oxunub 1515
Yol polisi:  "Bu il Bakı yollarında 52 uşaq ölüb"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP təhlükəsizlik aylığına start verir

Yeni dərs ilinin başlaması ilə əlaqədar 2015-ci il sentyabrın 10-dan oktyabrın 10-dək Bakıda “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçiriləcək. 

Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O bildirib ki, tədbirin keçirilməsinin əsas məqsədi uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin effektivliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılmasıdır.

Tədbir çərçivəsində uşaq və yeniyetmələrin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrinin təhlilinin aparılaraq, onların başvermə səbəblərinin və şəraitlərinin aradan qaldırılması üzrə konkret profilaktik tədbirlər görüləcək.

Vaqif Əsədov valideynləri DYP ilə birgə əməkdaşlığa çağırıb: “Son statistikaya əsasən, bu il 52 uşaq həlak olub, 152 uşaq xəsarət alıb. Bu da böyük narahatlıq doğurur. Bu ay ərzində valideynlər də uşaqların üzərində məsuliyyəti artırmalı, yol polisinə kömək etməlidir. Mən tövsiyə edirəm ki, valideynlər də yol polisi ilə birgə bu tədbiri həyata keçirsinlər”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh