Məşhur azərbaycanlı öz dizayn etdiyi bahalı maşında - VİDEO

Avtodünya 9 Sentyabr 2015 21:40 Oxunub 2223
Məşhur azərbaycanlı öz dizayn etdiyi bahalı maşında - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu avtomobil saatda 100 kilometri 2.8 saniyəyə yığır

Qısa zamanda məşhurlaşan azərbaycanlı dizayner Samir Sadıxovdan xəbər var. Avtosfer.az-ın “qafqazinfo”ya istinadən məlumatına görə, Samir ilk dəfə ABŞ-ın tanınmış avtomobil şirkəti “Rezvani Motors”un özünün dizaynı əsasında hazırladığı maşına əyləşib. Dizayner həmin modeldə oturaraq çəkdirdiyi fotonu paylaşaraq bu şərhi verib: “Nəhayət ki... İnsanın öz dizaynı əsasında hazırlanmış maşını sürmək inanılmaz bir hissdir. Xəyallar gerçəkləşir... ”

Xatırladaq ki, 25 yaşlı Samir Sadıxovun dizayn etdiyi “Beast” modeli iyunun 15-dən satışa çıxarılıb.

Bu avtomobil saatda 100 kilometri 2.8 saniyəyə yığır. 500 at gücündə olan avtomobilin çəkisi 750 kiloqramdır.

Dizayner 1990-cı il iyulun 20-də Gəncə şəhərində anadan olub. O, “Lamborghini” avtomobil şirkətində dizayner kimi çalışıb, İtaliyanın Avropa Dizayn İnstitutunda təhsil alıb. “Xəzri” adı ilə dizayn etdiyi avtomobil “Ferrari 2011” Beynəlxalq Dizayn Müsabiqəsində ikinci yeri tutub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh