Bu rəqəmlər yol polisini narahat edir - VİDEO

Qaydalar 10 Sentyabr 2015 23:05 Oxunub 2497
Bu rəqəmlər yol polisini narahat edir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP: «Bu il Bakı yollarında 52 uşaq ölüb»

Bu ilin 8 ayı ərzində paytaxt yollarında piyada vurulması zamanı 204 uşağı avtomobil vurub. Nəticədə 52-i ölüb, 152 uşaq isə ağır xəsarət alıb. Statistika yol polisini narahat edir. Bu məqsədlə polis yeni dərs ilinin başlaması ilə təhlükəsizlik ayına start verəcək. Məktəblərdə keçiriləcək seminarlara uşaqlarla yanaşı böyüklərdə qatıla bilər. Həm öz həyatlarını təhlükəyə atır, həm də sürücüləri çətin vəziyyətdə qoyurlar. Dəfələrlə xəbərdarlıq edilsə də piyadalar məhəl qoymadan keçiddən istifadə etmir.

Elə bunun tənicəsidir ki, təkcə bu ilin 8 ayı ərzində paytaxt yollarında piyadaların vurulması ilə nəticələnən qəzalarda 52 uşaq ölüb. Piyadaların məsələyə münasibəti birmənalı deyil. Onların bəziləri keçidlərdə eskalatorların olmadığını, ya da işləmədiyini səbəb göstərir.

Məsələn, təxminən 2 ay əvvəl avtomomobil çırpılması nəticəsində Ziya Bünyadov prospektindəki bir piyada keçidinin bir hissəsi yanmışdı. Yanmış hissə təmir edilsə də eskalator hələ də işləmir. Yeni dərs ilinin başlaması ilə əlaqədar Bakıda sentyabrın 10-dan oktyabrn 10-dək 'diqqət, uşaqlar'! adı altında hərəkətin təhlükəsizliyi aylığına da start verilib. xəzərxəbər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh