Bakıda «Opel» «Kamaz»a çırpıldı: ölən var

Qəzalar 14 Aprel 2014 00:00 Oxunub 2037
Bakıda «Opel» «Kamaz»a çırpıldı: ölən var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü xəstəxanaya aparılarkən ölüb

Bakı şəhərini Xəzər rayonunda ağır yol qəzası baş verib. Rayon Polis İdarəsindən verilən məlumata görə, Ə.İsazadə küçəsində 1956-cı il təvəllüdlü Əli Kəlbəliyevin idarə etdiyi “Opel Omega” markalı minik avtomobili, 1963-cü il təvəllüdlü Muradov Baxşı Hüseynqulu oğlunun idarə etdiyi “KamAZ”a çırpılıb. Sürətlə hərəkətdə olan minik avtomobili yük maşınına arxadan çırpılıb. Ə.Kəlbəliyev aldığı ağır xəsarətlərdən xəstəxanaya aparılarkən ölüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh