Taksi sürücüləri ayağa qalxdı

Avtodünya 13 Sentyabr 2015 01:03 Oxunub 2477
Taksi sürücüləri ayağa qalxdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Etiraz dalğasının yaranmasına səbəb UBER smartfon tətbiqi olub

İspaniyanın paytaxtı Madriddə 3 minə yaxın taksi sürücüsü Dövlət İşləri Nazirliyi qarşısına toplanaraq smartfon istifadəçilərinə daşınma xidməti göstərən Uber şirkətinə qarşı etiraz edib. Aksiyaya başqa Avropa ölkələrindən olan taksi sürücüləri də qatılıb. Sürücülər UBER smartfon tətbiqinin sərnişindaşınmada ədalətsiz rəqabət yaratdığından şikayətlənir. Etirazçıların dediyinə görə, UBER xidmətinin sürücüləri heç bir vergi-rüsum ödəmir, onlarla bağlı rəsmi yoxlamalar da aparılmır.

UBER xidmətinə qarşı etiraz dalğası bundan əvvəl Fransa, Portuqaliya, Braziliya və Avstraliya kimi ölkələrdə də müşahidə olunub. UBER tətbiqi sayəsində smartfon istifadəçisi sürücülü maşın sifariş verə, ən yaxınlıqdakı xidmət avtomobilinin yerini xəritədə canlı rejimdə izləyə və bank kartı ilə onlayn ödəniş həyata keçirə bilir.

 

 

 

anspress

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh