Bərdədə zəncirvari qəza; maşınlar belə «qucaqlaşdı» - FOTO

Avtodünya 15 Sentyabr 2015 01:03 Oxunub 1722
Bərdədə zəncirvari qəza; maşınlar belə «qucaqlaşdı» - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Traktorla "Mercedes" markalı yük maşınları, o cümlədən, "Ford" markalı minik avtomobili toqquşub

Bərdədə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "report"a istinadən məlumatına görə, hadisə Yevlax-Ağdam avtomobil yolunun üzərində yerləşən Bərdənin Əliyanlı kəndi ərazisində qeydə alınıb. Qəza zamanı Traktorla "Mercedes" markalı yük maşınları, o cümlədən, "Ford" markalı minik avtomobili toqquşub. Hadisə şahidlərinin sözlərinə görə, qəzada "Mercedes" markalı yük avtomobili Traktorun qoşqusundakı ot bağlayan mexanizmə, "Ford" markalı minik maşını isə yük avtomobilinə dəyib. Qəzada minik avtomobilinin sürücüsü Fərhad Məmmədov müxtəlif dərəcəli bədən xəsarətlərilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh