Polisə rüşvət təklif edən sərxoş azərbaycanlı piyada həbs edildi

Maraqlı 15 Sentyabr 2015 02:57 Oxunub 2044
Polisə rüşvət təklif edən sərxoş azərbaycanlı piyada həbs edildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O 5 ilədək müddətə azadlıqdan məhrum edilə bilər

Belarusun paytaxtı Minsk şəhərində polisə rüşvət təklif edən Azərbaycan vətəndaşı saxlanılıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Minsk Şəhər İcraiyyə Komitəsinin Daxili İşlər Baş İdarəsinin məlumatında bildirilir. Məlumata görə, sərxoş azərbaycanlı avtomobil yolunu piyadalar üçün müəyyən olunmamış yerdən keçib. Bu fakt Yol Patrul Xidməti əməkdaşlarının diqqətini cəlb edib. Qanun pozucusu barəsində inzibati protokol tərtib olunub. Lakin o, hakimiyyət nümayəndəsinə 400 min Belarus rublu təklif edib və bu səbəbdən saxlanılıb. Rüşvət vermək faktı üzrə cinayət işi qaldırılıb. Azərbaycan vətəndaşı 5 il müddətinədək azadlıqdan məhrum edilə bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh