Sumqayıt yolunda dəhşətli qəzadan tükürpədici -6 ölü - VİDEO - YENİLƏNİB - 18+

Avtoreyd 17 Sentyabr 2015 11:24 Oxunub 7785
Sumqayıt yolunda dəhşətli qəzadan tükürpədici  -6 ölü -  VİDEO - YENİLƏNİB - 18+
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DİQQƏT! Ürəyi zəif olanlar baxmasın!

"Qafqazinfo"nun hadisə yerində olan əməkdaşının məlumatına görə, yaralı Quliyeva Ofelya Mahmud qızı dünyasını dəyişib.

***

"Qafqazinfo"nun əməkdaşı hazırda Sumqayıt şəhər xəstəxanasındadır. Əməkdaşımıza növbətçi həkimin verdiyi məlumata görə, artıq ölənlərin sayı 5-ə çatıb. Yaralılar travmatik şokdiaqnoz, sol diz oynaq əzilməsi, qapalı kəllə-beyin ağır travması, sağ ayağın bud sümüyünn sınması, sağ bud-baldır nahiyəsinin əziyi dioqnastikaları ilə xəstəxanaya yerləşdirilib.

Yaralıların siyahısı:

 

Quliyeva Ofelya Mahmud qızı

Ağakişiyev Baloğlan 1988-ci il

Cavadov Rövşən 1988-ci il

Məmmədova Ofelya 50 -55 yaşlı

Məmmıdova Əsmər 1967-ci il

Əhmədov Rəşad 1983-cü il

Allahverdiyev İbadət 1991-ci il

***

Bakı-Sumqayıt yolunda baş verən qəzada ölənlərin sayı 3-ə çatıb. Sumqayıt şəhər Təcili Yardım Stansiyasından verilən xəbərə görə, ölən ağır yaralı olan şəxslərdən biridir. Hadisə nəticəsində ölənlərdən biri 1987-ci il təvəllüdlü Abdullayev Amindir. Digər ölənlərin kimliyi isə hələ müəyyən edilməyib. Bundan başqa stansiya ağır qəzada yaralanan şəxslərin adını açıqlayıb.

1. Əhmədov Rəşad

2. Cavadov Rövşən

3. Allahverdiyev İbadət

4. Ağakişiyev Baloğlan

5. Paşabəyov Asif

6. Məmmədova Əsmər

2 qadın və 2 kişinin adları isə naməlumdur.

Stansiyanın reanimasiya şöbəsindən verilən məlumata görə, hazırda qəzada yaralanan 6 nəfər əməliyyatdadır. Onlardan 3 nəfərinin vəziyyəti çox ağırdır.10 nəfər yaralıdan 3-ü qadın, digər 7-si isə kişidir.

***

Bu gün Bakı-Sumqayıt yolunda qəzaya uğrayan mikroavtobus qanunsuz sərnişindaşıma ilə məşğul olub. Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Avtomobil Nəqliyyatı Xidməti məlumat yayıb. Məlumata görə, mikroavtobus "Embawood" şirkətinə məxsusdur: "Qeyri-qanuni sərnişindaşıma ilə məşğul olan bu tipli avtomobillər heç bir standartlara cavab vermir, avtomobillərin texniki vəziyyəti, sərnişindaşımaya uyğunluğu barədə heç bir sertifikatı da yoxdur".

Qeyd edək ki, hadisə nəticəsində 2 nəfər ölüb, 10-u isə ağır yaralanıb. Qəzada yaralanaraq Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilən şəxslərin adları məlum olub. Bu barədə "Report"a xəstənadan bildirilib. Məlumata əsasən, 10 nəfər yaralıdan 3-ü qadın, digər 7-si isə kişidir: "Yaralıların çoxu hazırda reanimasiya və travmatologiya şöbəsindədir. Yaralılar Baloğlan Ağakişiyev, Rövşən Cavadov, Rəşad Əhmədov, Əsmər Məmmədova, İbadət Allahverdiyev, Ofelya Məmmədova, Asif Paşabəyovdur. Digər 3 yaralının kimliyi isə hələlik müəyyən edilməyib. Onlardan 2-si kişi, biri isə qadındır. Yaralılar arasında uşaq yoxdur".

Xəstəxanadan o da qeyd edilib ki, yaralıların əksəriyyəti əməliyyat olunur: "Vəziyyəti çox pis olan yaralılar da var. Hazırda xəstəxananın baş həkimi şöbə müdirləri ilə xəstələrə baxış keçirir".

Qeyd edək ki, hadisə nəticəsində ölənlərdən biri 1987-ci il təvəllüdlü Abdullayev Amindir. Digər ölənin kimliyi isə hələ müəyyən edilməyib.

Avtosfer.az baş vermiş qəzadan videoğörüntünü sizlərə təqdim edir.

DİQQƏT! Ürəyi zəif olanlar baxmasın!

 

Cavid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh