İrandan Astaraya dəmir yol xətti çəkilir - Son müzakirələr gedir

Texnologiya 21 Sentyabr 2015 13:39 Oxunub 1870
İrandan Astaraya dəmir yol xətti çəkilir - Son müzakirələr gedir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Səfir: "Yaxın günlərdə Astarada dəmir yol xəttinin çəkilməsi haqqında yekun müzakirələr aparılacaq"

“Yaxın on gündə Astarada İranla Azərbaycan nümayəndələri arasında çox mühüm görüş nəzərdə tutulub. Həmin görüşdə Astara dəmir yol xəttinin çəkilməsi haqqında yekun müzakirələr aparılacaq”. Bunu APA-ya açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin deyib. Onun sözlərinə görə, görüşdə iki ölkənin müştərək iqtisadi komissiyasının həmsədrləri iştirak edəcək: ”Azərbaycan tərəfindən iqtisadiyyat və sənaye naziri, İran tərəfdən isə rabitə və informasiya naziri, eləcə də digər qurumların nümayəndələri iştirak edəcəklər”.

Qeyd edək ki, İran və Azərbaycan arasında dəmiryolu şəbəkəsinin birləşdirilməsi barədə danışıqlar aparılır. Layihəyə əsasən, Azərbaycanın Astara şəhəri ilə İranın Astara şəhərindəki dəmiryol xəttinin bir-birinə birləşdiriləcəyi nəzərdə tutulur. Bu dəmiryolu xətti İranı Avropaya, Rusiya və Qafqaz ölkələrini isə Fars körfəzinə birləşdirəcək. Astara-Astara dəmiryolunun uzunluğu 7 kilometr olacaq. Bu yolun 2 kilometri İran ərazisində, qalan 5 kilometri isə Azərbaycan ərazisində inşa edilməlidir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh