Azərbaycan konteyneryükləyici kran və elektrovozlar alıb - FOTO

Texnologiya 21 Sentyabr 2015 23:07 Oxunub 1997
Azərbaycan konteyneryükləyici kran və elektrovozlar alıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakı şəhər yük stansiyasına İsveçdə istehsal olunmuş "Valmet" markalı 45 tonluq konteyneryükləyici kran gətirilib

“Azərbaycan Dəmir Yolları” QSC bu günlərdə yük daşımalarında istifadə olunacaq sabit cərəyanla işləyən 4 ədəd elektrovoz alıb, onlardan 2-si Azərbaycana gətirilib. QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, həmin elektrovozlar elektron sürətölçən və müasir dartqı mühərriki ilə təchiz edilib. Son vaxtlar Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun işə düşməsi üzv ölkələrin ixracat və tranzit potensialının yüksəldilməsinə,  rəqabət gücünün artırılmasına təkan verir. Bu gün həm də Bakı şəhər yük stansiyasına İsveçdə istehsal olunmuş "Valmet" markalı 45 tonluq konteyneryükləyici kran gətirilib.

Qeyd edək ki, bu il avqust ayının 3-dç Çin Xalq Respublikasının Şixezi şəhərindən çıxan ilk konteyner qatarı Azərbaycana gəlibr. Gələcəkdə konteyner daşımalarının artması proqnozlaşdırılır.  Məhz bu səbəbdən konteyner daşımalarında istifadə olunan texniki  vasitələrin yenilənməsinə ehtiyac yaranıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh