Suyun altına gedən qeyri-adi körpü - FOTO

Maraqlı 22 Sentyabr 2015 10:25 Oxunub 2205
Suyun altına gedən qeyri-adi körpü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Körpü xüsusilə səmadan çox əsrarəngiz görünür

Skandinaviyada iki ölkəni - İsveçlə Danimarkanı ayıran Eresun boğazında, su ərazisində tədricən yerin dərinliyində tunelə birləşən 16 km-lik qeyri-adi körpü yerləşir. Avtosfer.az trend-ə istinadən xəbər verir ki, bənzəri olmayan bu körpü-tunel məsafəni paromla müqayisədə daha tez qət etməyə imkan verir. Öz xüsusi quruluşuna görə isə o, adi körpünün inşası zamanı əmələ gələn bir neçə problemi eyni zamanda həll edir. İkimərtəbəli körpü yolun hər iki tərəfində iki-iki olmaqla ümumilikdə 4 hərəkət zolaqlı avtomagistral və dəmiryolunun yerləşdiyi nəhəng tikilidir. O, süni adada bitir və tədricən yerin altındakı tunelə keçir.

Körpünün belə qeyri-adi quruluşu təyyarələrin paytaxt Kopenhagenin yaxınlığında yerləşən hava limanına enişinə maneə yaradılmaması və gəmilərin Eresun boğazından rahat keçidinin təmin edilməsi məqsədilə seçilib.

Körpü xüsusilə səmadan çox əsrarəngiz görünür.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh