Yol polisi elektron arayışı necə verəcək? - VİDEO

Qaydalar 22 Sentyabr 2015 01:30 Oxunub 2045
Yol polisi elektron arayışı necə verəcək? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeniliyin faydaları nələrdir?

Avtomobilin zədələnməsinə dair arayışı yol polisi elektron qaydada verəcək. Sənəd üçün saatlarla vaxt itirməyə ehtiyac olmayacaq. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən həyata keçiriləcək elektron xidmət vətəndaşlara 5 iş günü müddətində göstəriləcək. Bu zaman ortaya maraqlı bir məsələ çıxır. Əgər qəza törətmiş hər iki sürücü hadisənin nəticələrini yol polisi olmadan həll etsələr onda maşını təmir etdimək üçün bu sənədi necə alacaqlar?

Yalnız bu cəzanın tətbiqindən sonra yol polisi tərəfindən zədələnmə haqqında arayış verilə bilər. Ekspertlər avtomobili təmir etdirmək üçün zədələnmə haqqında arayışdan demək olar ki, istifadə edilmədiyini bildirir. Ancaq avtomobillərin böyük əksəriyyəti icbari sığorta edildiyinə görə son zamanlar polis tərəfindən qeydə alınmayan qəza hadisələri xeyli azalıb. Bu isə yeni elektron xidmətdən istifadə edənlərin sayının artacağı deməkdir. Ekspertlər bildirir ki, yeni arayışın sığorta verilən arayışla isə heç bir əlaqəsi yoxdur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh