Bakı-Sumqayıt qatarının sürəti özünü doğrultmadı

Yazarlar 22 Sentyabr 2015 14:20 Oxunub 7370
Bakı-Sumqayıt qatarının sürəti özünü doğrultmadı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərnışinlər paytaxdan Sumqayıta getmək üçün 1 saata vaxt sərf etdiklərini deyirlər
Bir müddət öncə istifadəyə verilmiş Bakı-Sumqayıt qatarının, Bakıdan Sumqayıta qədər olan məsafəni 40 dəqiqəyə qət edəcəyi deyilsə də, bu, baş vermədi. Qatardan istifadə edən sərnişinlər Bakıdan Sumqayıta olan məsafəni ən azı 1 saat və 1 saat 20 dəqiqəyə gedirlər. Sərnişinlər həmçinin bildirirlər ki, Bakı-Sumqayıt qatarı yolun əksər yerlərində 20-40 km/saat sürətlə, nadir hallarda isə 80-100 km/sürətlə gedir. Nəticədə isə Bakıdan və əks istiqamətdə lazım olan məntəqəyə vaxtında çatmaq olmur. İşçi heyət isə qatarın daha aşağı sürətlə hərəkət etməsini qatar xətlərinin köhnə olması ilə izah edirlər. Onların sözlərinə görə, hazırda yollarda təmir işləri aparılır. Həmin işlər bitəndən sonra, qatar 40 dəqiqəyə paytaxdan Sumqayıta hərəkət edəcək. 
Sərnişinlərin daha bir narazılığı isə bəzi reyslərin ləğv olunması ilə bağlıdır.Onların sözlərinə görə qatarın hərəkət qrafikinə əsasən, axşam saatlarında 4 dəfə Sumqayıta reys olsa da, bunlardan yalnız 2-si yerinə yetirilir. Dəmir yolu işçiləri bunu sərnişin azlığı ilə izah edirlər. Bakıdan Sumqayıta qatar 16:00-da və 19:25-də yola düşür. 17:25 və 18:25 qatarları isə hərəkət etmir.


Bakı-Sumqayıt qatarının içi

Qatarın sürətinin artırılması ilə bağlı dəyişiklər sentyabr 19-20-də həyata keçirilməli idi. Lakin sərnişinlərin sözlərindən belə aydın olur ki, qatarın sürətində heç bir dəyişiklik olmayıb. 

Bu qatarlar “Stadler Rail Group” şirkətinə məxsusdur. Dörd vaqondan ibarət olan elektrik qatarlarının hər birinin ümumi sərnişin tutumu 919 nəfər, oturacaq yerlərinin sayı isə 396-dır. İkimərtəbəli elektrik qatarlarında biznes-sinfə aid 84 oturacaq da var. Bu qatarlar Keşlə, Biləcəri, Xırdalan, Güzdək stansiyalarından keçməklə Sumqayıta və əks istiqamətə hərəkət edəcək.
Xarici ölkələrdə isə sürət qatarları təyin olunan məsafəni daha tez qət edir. 
Almaniya dünyada ən güclü və effektiv dəmir yol sisteminə malikdir. Ölkənin bir çox regionlarında qatarların sıx şəbəkəsi mövcuddur, vağzallar isə adətən əsas nəqliyyat qovşağı sayılır. Xətlərin əksəriyyətində hərəkət çox intensivdir. Gecə qatarlarından başqa, hamısı takt intervalı ilə hərəkət edir. Bir çox hallarda interval 10, 15, 20 və yarımsaatlıq olur. Almaniyanın paytaxtı Berlindən ona daha yaxın Potsdam şəhərinə qatarla 17-30 dəqiqəyə getmək mümkündür. Qatarlar isə hər 10 dəqiqədən bir gəlir.


Almaniya qatarı

Qonşu Rusiyada paytaxt Moskvadan qatar yaxın Podolsk şəhərinə 47 dəqiqəyə çatır. Qatarlar arasında interval isə 15 dəqiqədir.


Rusiya qatarı

“Azərbaycan Dəmir Yolları” QSC mətbuat katibi Nadir Əzməmmədov bildirdi ki, qatarda uzunmüddətli gecikmə mümkün deyil. Amma müəyyən qədər ləngimələr ola bilər. "Qatarların çıxdığı və gəldiyi vaxt, həmçinin onun sürəti qeydə alınıb. Qatar müəyyən edilən qrafik əsasında hərəkət edir. Sadəcə yerlər təzədi və bəzi işlər getdiyi üçün, qatar 5-10 dəqiqə gecikir."
Dəmir yolları ilə bağlı, Nadir Əzməmmədov qeyd etdi ki, köhnə yollar yoxdu, əksinə yeniləri çəkilib. Sərnişinlərin təhlükəsizliyi təmin olunub. 2 reysin təxirə salınmasına gəlincə, bunun sürəti artmaq məqsədi ilə həyata keçirldiyini və müvəqqəti olduğunu bildirdi.


Nadir Əzməmmədov-“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi 
 
 
 
Anspress
ŞƏRH YAZ
Ad

E-mail

Şərh