Retro avtomobillərin rallisi keçirilib

Avtobazar 15 İyun 2014 23:36 Oxunub 1956
Retro avtomobillərin rallisi keçirilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Moskvada 20-ci əsrin əfsanəvi retro avtomobilləri nümayiş etdirili

Rusiyanın paytaxtı Moskvada 20-ci əsrin əfsanəvi retro avtomobilləri nümayiş etdirilib. Ən maraqlısı isə nümayiş olunan antik avtomobillərin hələ də ralli yarışında iştirak etməsidir. ANS-in məlumatına görə, Moskvada “Qızıl meydan” yaxınlığındakı Tarix Muzeyinin garşısında starta hazırlaşan retro avtomobillər paytaxt sakinlərinin marağına səbəb oldu. Aralarında “Çayka”, “Volqa”, “Pobeda”, “Rolls-Roys”, “Kadillak”, “Yaquar” və ”Korvet” kimi yerli və xarici əfsanəvi avtomobillərin yer aldığı “Bosch Moskau Klassik” yarışması, 1914-cü ildə Moskvada keçirilən ilk avtorallinin ildönümünə həsr olunmuşdu. Rusiyada ilk avtomobil rallisi tam 100 il bundan öncə keçirildi. Aradan bir əsr keçməsinə baxmayaraq bu, unikal avtomobillər sadəcə görünüşləriylə deyil, həm də texniki xüsusiyyətləriylə bu gün də görənləri heyrətləndirməyə davam edir.

Bu geyri adi yarışma həm də əfsanəvi Sovet və Qerb avtomobillərinin əyani müqayisəsi anlamına da gəlirdi.

“Oldtimer” qalereyasının sahibi İlya Sorokinin sözlərin görə, Sovet avtomobilləri xarici analoqlarından heç də geri galmır: “Bizim avtomobillər həmişə Qərb atomobillərinə reqib olublar. Bunu bugünkü avtorallidə də görmək olar. “Moskviç”, “GAZ” avtomobilləri bu gün də reqiblərinə meydan oxuyur”.

Daha sonra 1910-1980-ci illər arasında istehsal edilmiş retro avtomobillər bir dəqiqəlik intervalla Moskva yaxınlığındakı Kupavna gəsəbəsinə doğru start götürdü. Rusiya Federal Təhlükəsizlik Xidmətinə aid xüsusi avtodromda baş tutan yarışma maraqlı səhnələrlə yadda qaldı. Quru asfaltda və buz kimi sürüşkənlik verilmiş yolda məharətlərini nümayiş etdirən retro avtomobillər texniki xüsusiyyətləriylə müasir avtomobillərdən geri galmadıqlarını bir daha nümayiş etdirdilər. Daha sonra yarışma iştirakçıları diplom və kuboklarla mükafatlandırıldı.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh