Sürücü səhvini düzəltmək üçün nə etməlidir? – DOĞRU CAVAB

Yarışma 22 Sentyabr 2015 18:03 Oxunub 2021
Sürücü səhvini düzəltmək üçün nə etməlidir? – DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az öğən həftənin sualının doğru cavabını və ilk doğru cavabı vermiş oxucunun kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız manevr etmə qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Yolayrıcında sola dönməli olan bu avtomobilin srücüsü səhvən yolayrıcını düzünə keçmişdir. O, səhvini düzəltmək üçün nə etməlidir?

A) “A” trayektoriyası üzrə geriyə hərəkət etməli, daha sonra düzünə hərəkətini davam etdirməlidir;

B) “B” trayektoriyası üzrə geriyə hərəkət etməli, daha sonra sola dönərək hərəkətini davam etdirməlidir;

C) Getdiyi istiqamətdə hərəkət etməli, qabaqda geriyə dönməyə icazə verilən yerdə geriyə dönərək bu yolayrıcına qayıtmalı və nəzərdə tutduğu istiqamətdə hərəkətini davam etdirməlidir.

Sualın cavabı belədir: “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin 14-cü hissəsinə əsasən, yolayrıclarında geriyə hərəkət qadağandır. Deməli, sualın doğru cavabı “C” variantı olacaq:  Sürücüsü səhvini düzəltmək üçün getdiyi istiqamətdə hərəkət etməli, qabaqda geriyə dönməyə icazə verilən yerdə geriyə dönərək bu yolayrıcına qayıtmalı və nəzərdə tutduğu istiqamətdə hərəkətini davam etdirməlidir.

Sualın ilk doğru cavabını Raqif Məmmədov adlı oxucumuz verib. Onu təbrik edirik!

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh