Başqaları xəta edə bilər, sən yavaş sür – İBRƏTAMİZ VİDEO

Avtoxəbər 17 İyun 2014 01:04 Oxunub 2529
Başqaları xəta edə bilər, sən yavaş sür – İBRƏTAMİZ VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürət həyatda tərəqqi, yolda təhlükədir

Yollarımızda baş verən dəhşətli qəzalarda sürət həddinin də payı çoxdur. Unutmaq olmaz ki, sürət həyatda tərəqqi, yolda təhlükədir. Amma bəzən sürücülər 3 saatlıq yolda 15 dəqiqə irəli düşmək üçün həyatlarını təhlükəyə atırlar. Bəziləri nəinki öz həyatı, hətta yaxınlarının, doğmalırının da həyatı ilə risk edirlər. Belə risklər isə adətən ağır nəticələrə gətirib çıxarır.

Dünyanın əksər dövlətləri insanları bu cür təhlükəli hərəkətlərdən çəkindirmək üçün müxtəlif sosial çarxlar hazrlayıb yayırlar. Azərbaycanda belə sosial çarxları telekanallarda çox az-az izləyirik. Üstəlik, primitiv üsulda çəkilən shəmin çarxlar bəzən çizgi filminə bənzəyir. Avtosfer.az-ın təqdim etdiyi bu videomaterialda isə düşündürücü, hətta dərindən düşündürücü məqamlar var. Bu sosial çarxdan aydın olur ki, sonrakı peşmançılıq fayda vermir, sürəti aşmaq bir yana, başqasının yoluna çaxmaq olduqca təhlükəlidir, avtomobildə təkcə sürücü yox, başqaları da zərər çəkir. Onlar əksər hallarda sürücünün doğmaları, yaxınları olurlpr. Ən mühim məqam isə odur ki, bəzi sürücülər «yol mənimdir» düşüncəsi ilə sürət həddini aşır və bir anda qarşısına çıxan maneədən yayınmaq mümkün olmur. Elə bu videoda da o məqam xüsusi vurğulanır ki, başqaları xəta edə bilər, sən yavaş sür.

Düşündük ki, bu videoçarxı dəfələrlə izləmək, nəticə çıxarmaq faydalı olar…

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh