Analoqu olmayan qorxunc yol - Gecikən batar - VİDEO

Maraqlı 24 Sentyabr 2015 03:27 Oxunub 12507
Analoqu olmayan qorxunc yol - Gecikən batar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gündə iki dəfə bu yolda çox qeyri-adi hadisə baş verir.

Burnyof körfəzinin dibinə gedən və Nuarmutye adası ilə Fransanı birləşdirən bu yol unikallığı ilə seçilir. Məsələ burasındadır ki, gündə iki dəfə bu yolda çox qeyri-adi hadisə baş verir. Passaj dyu Qua adlı bu yol mütəmadi olaraq suyun altına gedir.

 
 
Suyun çəkilməsi zamanı  yol bir neçə saatlığına suyun üzərinə  çıxır və nəqliyyat üçün istifadəyə yararlı hala gəlir. Qalan vaxtlarda isə Passaj dyu Qua suyun 4 metr altında qalır. 
 
 
Yolun ümumi uzunluğu 4,5 km-dir. Elə də uzun olmasa da, çox təhlükəlidir.
 
Yol kənarında qabarma və çəkilmə vaxtları qeyd olunsa da, bir çox insanlar yenə risq edirlər.
 
 
Təsadüfən suyun qabarma vaxtında yolun ortasında qalanlar üçün isə  xüsusi xilasetmə qüllələri tikilib. İnsanlar suyun çəkilməsini burda gözləyə bilsələr də, öz maşınları ilə vidalaşmalı olurlar.
 
 
 
 
Ada ilə materik arasında yol 1701-ci ildə inşa edilmişdi.
 
 
1840-cı ildə körfəzin dibindənə çay daşlarından möhtəşəm bir yol çəkilib.
 
 
 
 
 
 
 
faktxeber 
ŞƏRH YAZ
Ad

E-mail

Şərh