Salyanlı traktor düzəltdi - FOTO

Maraqlı 28 Sentyabr 2015 13:07 Oxunub 1500
Salyanlı traktor düzəltdi  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu qeyri-adi traktor qoşqusu ilə birlikdə 3 tondan çox yükgötürmə qabiliyyətinə malikdir

Salyan rayon sakininin düzəltdiyi qeyri-adi traktor görənlərin marağına səbəb olub.

Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, rayonunun Pambıqkənd kəndində yaşayan Səxavət Məmmədov bu qeyri-adi traktoru bir neçə aya düzəldib. O, mini traktor düzəldərkən yalnız dəmir dayaqlardan, adi dəmirdən, həmçinin generator motorundan, “Jiquli”nin sürət qutusundan istifadə edib. Traktorun qabaq hissəsinə “Jiquli”, arxa hissəsinə isə “UAZ” markalı avtomobillərin təkərlərini bağlayıb. Traktorun kiçik olması həyətyanı sahələrdə rahat manevr etməsinə imkan verir. S.Məmmədov bu traktorla yer şumlayır, yük daşıyır. Bununla da əlavə xərclərə yol vermir.

Onu da deyək ki, bu qeyri-adi traktor qoşqusu ilə birlikdə 3 tondan çox yükgötürmə qabiliyyətinə malikdir. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh