Bu ölkələrdə yol hərəkəti qaydaları insanları maraqlandırmır – Bizə şükür - FOTOLAR

Qaydalar 11 Oktyabr 2015 16:33 Oxunub 20770
Bu ölkələrdə yol hərəkəti qaydaları insanları maraqlandırmır – Bizə şükür - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fərqli ölkələrdə sürücülük qaydaları  - Oxuduqca Azərbaycana şükr edəcəksiniz

Başqa ölkənin yollarında maşın idarə etmək hər kəsin işi deyil. Yol qaydalarına bələd olmadan maşın idarə etmək həm çətindir, həm də təhlükəli. 

Hansı ölkədə sağ-sol dönmə faralarını yandırmaq qəbul edilmir? Kimlər ən qəribə yerlərdə maşını park etməyi sevir? Və nəyə görə Argentinanın yollarında yarışa çıxmağa dəyməz? Avtosfer.az fərqli ölkələrin sürücülük qaydalarını və mədəniyyətini təqdim edir.

Təəccüblü səslənə bilər, ancaq Türkiyədə sürücülər dönərkən dönmə işıqlarını yandırmırlar. Maşını istənilən yerdə, istənilən vaxt döndərə bilərlər. Türk sürücülərini fərqləndirən digər cəhət isə siqnalı hər yanıb-sönəndə basmalarıdır. Yol qaydalarına əməl etmək onlarda mühüm deyil. Əgər Türkiyədə sükan arxasına oturacaqsınızsa, o zaman piyadalara da xüsusi diqqət edin. İstənilən yerdə, harada olur-olsun yolu keçə bilərlər. 

Misir. Yol qaydalarımı? Yox, bu ifadə Misir sakinlərinin qulağına tamam yad səslənir. Əgər Misirdə sükan arxasına keçsəniz, onda düşünməyin ki, yol işarələri sizə yardım edəcək. Onların bir hissəsini hətta ayırd etmək belə mümkün deyil. Yol xətləri də hərəkət etmək üçün əhəmiyyətli bir fakt deyil. Misirdə, xüsusilə işıqforda çox ehtiyatlı olmaq lazımdır. Çünki işıqforun yaşıl işığı hər zaman yola davam etməyə işarə etmir. Ola bilər ki, yerli əhalidən kimsə elə qırmızıda keçməyi sevir. Yaşamaq o qədər dəyərlidir ki, Misir yollarında hər an gözüaçıq olun. Maşınlarına da fikir versəniz, hamısının cızılmış və ya qəzalı vəziyyətdə olduğunu görəcəksiz. Siqnal verməyi isə heç unutmayın! Ürəkdən və ucadan siqnallayın, yəqin ki, əcnəbi turist olmanızı anlamalarını istəməzsiz.

Finlandiya. Finladiya sürücüləri bütün ziddiyyətləri özlərində birləşdirirlər. Bir yandan yol qaydalarına əməl edirlər, bir yandan da sürətli sürməyi sevirlər. Hətta cərimələr belə onların bu sevgisinə maneə deyil. Onu da unutmayın ki, finlandlar hər çətin vəziyyətdə mütləq köməyə gəlirlər. 

Hindistan. Hindistanın küçələrində ən böyük həyəcanı yaşaya bilərsiz. Təhülkəsizlik qaydalarına əməl etmək məsələsində bir cəhətdən misirlilərə bənzəyirlər. Diqqətinizə çatdıraq ki,H indistanda nəqliyyat vasitələrinin əksəriyyətində yolu görmyə yardım edən kənar güzgülər yoxdur. Ancaq bir zolaq üzrə hərəkət etmək lazımdır. Əsas yolla hərəkət etsəniz də, avtobusa və ya qatara yol verməlisiz. 

Tayland. Tayland sakinləri maşının yanıb-sönən işıqlarından çox qəribə istifadə edirlər. Tayland yol qaydalarına görə, kim birinci «marqat» elədisə, yolu da ilk o keçməlidir. Unutmayın ki, işıqforun qırmızı işığında sola dönmək Taylandda icazəlidir. Polislər maşınların parkinqlərinə xüsusi diqqət edirlər. Sarı və ya qırmızı rənglənmiş səkiyə yaxın park etmək olmaz. 

Fransa. Fransa sürücüləri onları soldan ötüb sağa keçmədən yenə solla gedən sürücülərə əsəbləşirlər. Unutmayın ki, fransızların çoxu yolun ortasında belə maşının qapısını tam geniş açmağı sevirlər. Tələsik, ehtiyatsız davranan sürücüləri isə heç sevməzlər. Fransada sürəti artırmaqla böyük məbləğdə pulla vidalaşmalı olacaqsız. 

İtaliya küçələrində parkinqi çox rahat başa gələn xırda maşınlara çox rastalamaq mümkündür. Həm də İtaliyada piyada yolu yalnış yerdən keçsə belə, sürücü ona mütləq yol verməlidir.  Qonşu Fransadan fərqli olaraq italyanlar sürəti sevirlər.

Argentinanın sürücüləri parkinq edərkən və sağa-sola dönərkən fənərlərdən istifadəni lazımsız hesab edirlər. Sürəti qaldırmaq onlarda qəbul edilmir. 

Avstriya sürücüləri Avropada diqqətli və müşavirəçi olmaları ilə məşhurdurlar. Özləri hər zaman qaydaya uyğun sürməyi sevir və əcnəbi vətəndaşların xam sürməyini də sevmirlər. 

 

Fidan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh