Təyyarədə elə bir səhvə yol verdi ki... - Həbs olundu

Maraqlı 29 Sentyabr 2015 12:05 Oxunub 1804
Təyyarədə elə bir səhvə yol verdi ki... - Həbs olundu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Tualetə getmək istəyimin belə böyük hadisəyə səbəb olacağını bilməzdim»

Edinburq–Amsterdam səfərində tualet qapısı zənn edib təyyarənin çıxış qapısını açmaq istəyən sərnişin bir anlıq çaşqınlığının bəlasına düşüb. “Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, James Gray adlı sərnişin təyyarədə tualetə getmək istəyib. Ancaq qapıları səhv salan sərnişin tualet qapısı zənn etdiyi təyyarənin çıxış qapısını açmağa çalışdığı bir anda təyyarənin ekipaj üzvləri hadisəyə müdaxilə edib və James təyyarə enənə kimi nəzarət altına alınıb. Təyyarə endikdən sonra o, 30 min fut yüksəklikdə qapını açmağa cəhd etdiyi üçün həbs olunub və 600 avro pul cəzası ödəyib. Bundan başqa, Jamesə 5 il müddətində KLM havayolu şirkətindən istifadə qadağası qoyulub. Bütün bu hadisələrdən sonra çaşqın vəziyyətdə qalan sərnişin dönüş bileti üçün dostlarından pul almaq məcburiyyətində qaldığını deyib: “Hadisə sadəcə bir səhvdən yarandı. Mən qapının tutacağına toxundum, tualetə getmək istəyimin belə böyük hadisəyə səbəb olacağını bilməzdim”.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh