Qaranlıq gecədə yer yarıldı, maşınları uddu - VİDEO

Maraqlı 29 Sentyabr 2015 15:14 Oxunub 2416
Qaranlıq gecədə yer yarıldı, maşınları uddu  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu məkana üz tutan 140-dan çox insan daha təhlükəsiz əraziyə evakuasiya olunub

Gecənin qaranlığında yarılan yer xeyli sayda maşını, çadır düşərgəsini uddu. Avstraliyanın  Kvinslend vilayətində çimərlikdə baş verən təbiət hadisəsi  sakinlərə qorxulu anlar yaşadıb.  Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, təbiətin onlara qazdığı quyudan xəbərsiz olan avstraliyalılar futbol meydançasından böyük olan yarğanın şokundan  uzun  müddət ayıla bilməyb. Kvinslendin  ən  məşhur çimərliklərindən birində yaranan yarğanın dərinliyi 3 metrə çatır. Nəhəng quyu avtomobilləri,  çimərliyə gələnlər üçün nəzərdə tutulan çadır düşərgəsini bu dərinliyə dartıb. Xoşbəxtlikdən təbiət hadisəsi sakinlərin gecələdiyi ərazidə baş verməyib. Hadisədən dərhal sonra əraziyə xeyli sayda xilasetmə qüvvəsi göndərilib. İstirahət etmək üçün bu məkana üz tutan 140-dan çox insan daha təhlükəsiz əraziyə evakuasiya olunub. Çimərlikdə yaranan bu böyük quyu əlaqədar qurumları da hərəkətə keçirib. Sahildəki son durumu araşdırmaq üçün əraziyə geotexniki mühəndislər cəlb olunub. Hər nə qədər yarğanların harda, nə vaxt yaranacağını proqnozlaşdırmaq mümkün olmasa da, mühəndislər  ikinci bir yarğan təhlükəsinin olub-olmadığını aydınlaşdırmağa çalışacaqlar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh