Avropada pilotsuz avtobusların sınaqları başladı - FOTO

Texnologiya 29 Sentyabr 2015 19:22 Oxunub 1908
Avropada pilotsuz avtobusların sınaqları başladı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“WEpod” İsveçrənin “EasyMile” şirkətinin layihəsidir

Bu ilin noyabr ayından etibarən Hollandiyada pilotsuz “WEpod” avtobuslarının istismarına başlanacaq. İKT.lent.az-ın “The Telegraph” qəzetinə istinadən verdiyi məlumata görə, 6 sərnişin tutan avtobus mobil əlavə vasitəsilə idarə olunacaq. Hazırda “WEpod” sınaq mərhələsindədir və sınaqlar uğurla yekunlaşarsa, avtobuslar noyabrda Hollandiyanın Vageningen və Ede şəhərləri arasında, gələn ildən isə başqa marşrutlar üzrə xəttə buraxılacaq. Lazer “datçik”ləri, radar, kamera və GPS-modullarla təchiz olunan “WEpod” aşağı sürətlə (saatda 25 km) və gündüz saatlarında hərəkət edəcək. Avtobusu idarə etmək üçün smartfon vasitəsilə gediş məntəqəsini göstərmək kifayət edəcək. Yer bron etmək üçün də mobil əlavədən istifadə olunacaq.   

“WEpod” İsveçrənin “EasyMile” şirkətinin layihəsidir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh