Avropa Qran Prisi 19 iyuna təyin olundu

Yarışma 1 Oktyabr 2015 01:01 Oxunub 1553
Avropa Qran Prisi 19 iyuna təyin olundu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Parisdə Beynəlxalq Avtomobil Federasiyasının Avtoİdman üzrə Ümumdünya Şurasının iclası keçirilib

Bu gün Parisdə Beynəlxalq Avtomobil Federasiyasının (FİA) Avtoİdman üzrə Ümumdünya Şurasının iclası keçirilib. İclasda gələn ilin mövsümü üçün çempionatın təqvimi təsdiq olunub. Təqvimin ilkin versiyası ilə müqayisədə 8 yarışın yeri dəyişdirilib. İki gün əvvəl də qeyd etdyimiz kimi, mövsüm apreldə deyil, martın 20-də Melburnda start alacaq. F-1.az bildirir ki, debüt Bakı Qran Prisi iyul ayından iyun ayına keçirilib - Bakı yarışı iyunun 19-da qəbul edəcək. Ən maraqlısı isə odur ki, həmin gün Avropada daha bir nəhəng avtomobil yarışının finişi gözlənilir - 24 saatlıq Le Man yarışının finişi ilə Avropa Qran Prisinin finişi üst-üstə düşməsin deyə, Bakıda yarışın startı xeyli irəli çəkiləcək. 

Yay fasiləsinin də tarixi dəyişdirilib: Hokkenhaymda Almaniya Qran Prisi iyulun 31-nə, növbəti Belçika Qran Prisi isə avqustun 28-nə təyin olunub. Malayziya Qran Prisi oktyabrın 2-də baş tutacaq. Mövsüm Abu Dabidə noyabrın 27-də başa çatacaq...

2016-cı il mövsümünün təqvimi:

20 mart - Avstraliya Qran Prisi (Albert Park)

03 aprel - Bəhreyn Qran Prisi (Saxir)

17 aprel - Çin Qran Prisi (Şanxay)

01 may - Rusiya Qran Prisi (Soçi)

15 may - İspaniya Qran Prisi (Barselona)

29 may - Monako Qran Prisi (Monte Karlo)

12 iyun - Kanada Qran Prisi (Monreal)

19 iyun - Avropa Qran Prisi (Bakı)

03 iyul - Avstriya (Şpilberq)

10 iyul - Böyük Britaniya (Silverstoun)

24 iyul - Macarıstan Qran Prisi (Hunqarorinq)

31 iyul - Almaniya Qran Prisi ( (Hokkenhaym)

28 avqust - Belçika Qran Prisi (Spa)

04 sentyabr - İtaliya Qran Prisi (Montsa)

18 sentyabr - Sinqapur Qran Prisi (Marina Bey)

02 oktyabr - Malayziya Qran Prisi (Sepanq)

09 oktyabr - Yaponiya Qran Prisi (Suzuka)

23 oktyabr - ABŞ Qran Prisi (Ostin)

06 noyabr - Meksika Qran Prisi (Mexiko)

13 noyabr - Braziliya Qran Prisi (San Paulu)

27 noyabr - Abu Dabi Qran Prisi (Yas Marina)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh