«Avtoş» DYP zabitini bıçaqladı

Avtobazar 14 Aprel 2014 00:00 Oxunub 2344
«Avtoş» DYP zabitini bıçaqladı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü nəqliyyat vasitəsini həm də sərxoş vəziyyətdə idarə edib

Tərtər Rayon Polis Şöbəsi DövləYol Polisi bölməsinin zabitibı çaqlanıbavtosfer.az APA-ya istinadən xəbər verir ki,dünəgecə saatlarında bir minik avtomobili sürücüsünüTərtər şəhərində avtoxuliqanlıetdiyi haqda şöbəyə məlumat daxil olub. Sözügedən nəqliyyat vasitəsinin dayandırılması üçün əraziyə çıxan DYP əməkdaşları sürücü Həsənov Rauf Eldəniz oğlunu saxlayıblar. Məlum olub ki, sürücü nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edib. Polis əməkdaşları ilə sürücü və onun  qardaşları arasında mübahisə yaranıb. Nəticədə sürücünün qardaşı Mehman Həsənov DYP Tərtər bölməsinin inspektoru, baş leytenant Qurban Allahverdiyevə bıçaqla zərbə vurub. Yaralı zabit qonşu Bərdə rayonunun Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Rauf Həsənov, onun qardaşları Mehman və Qabil RPŞ-nin əməkdaşları tərəfindən tutulublar. Faktla bağlı Tərtər Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh