Traktoru oyuncaq kimi oynadan uşaq - VİDEO

Maraqlı 2 Oktyabr 2015 12:29 Oxunub 2258
Traktoru oyuncaq kimi oynadan uşaq  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maraqlı hadisə Hindistanın Maharaştra ştatında baş verib

10 yaşlı uşaq azı 10 tonluq traktoru oyuncaq kimi oynadır. Hindistanın Maharaştra ştatında yaşayan Ratnacit adlı uşaq  traktor idarə etməyi azmış kimi,  çətin fəndlər göstərməyi də bacarır. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, 7 yaşından  texnikaya olan marağı ilə dünyaya ad salan uşaq, indi  ağır texnika ilə nömrə göstərir. Ratancitin sükan arxasında ustalaşması yerli sakinlərin də marağına səbəb olub. Onun həqiqətən də traktoru bu qədər peşəkarlıqla idarə etməsinə  inanmayanlar kəndə gələrək,  azyaşlı ilə şəxsən tanış olur.  Traktor idarə etməyi hələ bağçada oxuyarkən öyrəndiyini deyən Ratancit  indi sözügedən texnikanın hər bir sirrinə bələd olduğunu deyir. Bu bacarığını isə o daha çox əmisinə borcludur. Valideynləri onun bu qədər kiçik yaşda traktorla şou göstərmək sevdasına düşdüyünü görəndə danlayıblar. Amma əmisi  uşağın qeyri-adi bacarğını inkişaf edirmək qərarına gəlib. Traktorla necə davranmalı olduğunu Ratnacitə başa salan  əmi onun sayəsində öz də məşhurlaşıb. Maraqlıdır ki, indi Ratnacitin yaşda daha kiçik olan qohumu onun yolu ilə gedir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh