Məmurlar "Mercedes" sürməyəcək

Avtoxəbər 17 İyun 2014 18:21 Oxunub 2968
Məmurlar "Mercedes" sürməyəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Rusiyada iki şirkətin məmurların xidməti maşınlarının alışı ilə bağlı tenderlərdə iştirakı qadağan edilib

Rusiyada məmurlar 2018-ci ilə qədər Mercedes-Benz və Fiat Chrysler şirkətlərinin avtomobillərindən istifadə edə bilməyəcək. Anspress-in məlumatına görə, Rusiya Sənaye və Ticarət Nazirliyi yanında nəqliyyat və maşınqayırma departamentinin direktoru Aleksandr Morozov deyib. Onun sözlərinə görə, Mercedes-Benz və Fiat Chrysler şirkətləri avtomobillərinin Rusiyada yığılması ilə bağlı əldə olunan razılaşmanı hələ də imzalamayıb. Ona görə də, hər iki şirkətin məmurların xidməti maşınlarının alışı ilə bağlı tenderlərdə işitrak edilməsi qadağan olunub. Aleksandr Morozov bildirib ki, qərar Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğun olaraq verilib.

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh