Bu körpüdən keçmək ürək istər - FOTOLAR

Maraqlı 4 Oktyabr 2015 00:18 Oxunub 3566
Bu körpüdən keçmək ürək istər - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Çin heyrətə salır: dünyanın ən uzun şüşə körpüsü

Çinin Hunan əyalətində yerləşən “Shiniuzhai” milli parkında dünyanın ən uzun şüşə körpüsünün açılışı olub. Avtosfer.az-ın AzərTac-a istinadən məlumatına görə, xəbəri Hi-news.ru saytı yayıb. Xəbərdə “Haohan Qiao” (Cəsarət körpüsü) adı verilən 300 metr uzunluğa malik körpü yerdən 180 metr hündürlükdə, Daş Budda dağının iki zirvəsi arasında çəkildiyi deyilir. Əvvəl onun yerində taxta körpü olub. Ötən il ona əlavə edilən şüşə seksiya insanların çox xoşuna gəldiyindən körpünü tamamilə şüşədən düzəltmək qərara alınıb. Körpünün inşasında 24 millimetr qalınlığında şüşə elementlərindən istifadə olunub.

Çinin elə həmin vilayətində “Haohan Qiao”nun titulunu əlindən alacaq daha bir körpü tikilir. Yeni körpünün uzunluğunun 380 metr olacağı bildirilir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh