Bu vəziyyətdə kim yol verməlidir? – DOĞRU CAVAB

Yarışma 5 Oktyabr 2015 16:19 Oxunub 1950
Bu vəziyyətdə kim yol verməlidir? – DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualının doğrunu cavabını və ilk doğru cavabı vermiş kimliyini açıqlayır. Budəfəki sualımız nizamlanan yolayrıcınının keçilməsi qaydaları ilə bağlı idi. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Bu vəziyyətdə kim yol verməlidir?

A) Tramvay sürücüsü, çünki o, svetoforun əlavə bölməsindəki yşıl işıq üzrə hərəkət edir;

B) Düzünə hərəkət edən avtomobilin sürücüsü;

C) Tramvay sürücüsü belə vəziyyətdə dayanaraq svetoforun əsas bölməsində sarı və ya qırmızı işığın yanmasını gözləməli və düzünə hərəkət qadağan edildikdən sonra sağa dönməlidir

Sualın doğru cavabı belədir: Şəkildəki tramvay svetoforun əlavə bölməsindəki yaşıl işıq üzrə hərəkət etsə də, həmin bölmə svetoforun əsas yaşıl işıq bölməsi ilə eyni vaxtda yanır. Deməli, “Yol hərəkəti haqqında” Qanunun 76-cı maddəsinin 3-cü hissəsinə əsasən, tramvay hərəkət üstünlüyünə malikdir. Beləliklə, sualın doğru cavabı “B” variantı olacaq:  Düzünə hərəkət edən avtomobilin sürücüsü sağa dönən tramvaya yol verməlidir.

Sualın ilk doğru cavabını Raqif Məmmədov adlı oxucumuz verib. Onun təbrik edirik!

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh