Bərdədə “Niva” su kanalına düşdü: 2 yaralı – FOTO

Qəzalar 6 Oktyabr 2015 02:24 Oxunub 1204
Bərdədə “Niva” su kanalına düşdü: 2 yaralı – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobildəkilər yaxınlıqdakı kafedən çıxıblarmış və sürücü sərxoş olub

Bərdə rayon ərazisində Şorsu kanalına düşən “Niva” markalı, 10 SB 417 dövlət nömrə nişanlı avtomobilin sürücüsü hələ də tapılmayıb. Bərdə rayon polisi qəza törətdikdən sonra qaçan sürücünü axtarır. Hadisə yerinə gələn FHN-nin Qarabağ Regional İdarəsinin xilasetmə qrupu maşını kanaldan çıxardıb. Bərdə rayon Dövlət Yol Polis idarəsinin əməkdaşları isə avtomobili cərimə meydançasına aparıb.

APA-nın hadisə şahidlərindən əldə etdiyi məlumata görə, kanala düşən maşından 4 nəfər çıxıb. Sürücü və sərnişinlərdən biri hadisə yerindən uzaqlaşıb. Hadisə yerinə gələn yerli sakinlər, ağır vəziyyətdə olan digər sərnişinlər Hafiz Abdullayev və Emil İsmayılovu Bərdə Mərkəzi rayon Xəstəxanasına çatdırıblar.

 

***

 

Bərdənin Həsənqaya kəndində "Niva" markalı avtomobil kanala düşdüyü an içərisində 1 sürücü və 3 sərnişin olub. Onlardan ikisi artıq xəstəxanaya yerləşdirilib. 1974 cu il təvəllüdlü Bərdə rayon Qarağacı kənd sakini Abdullayev Hafiz Fəzail oğlu və Yevlax şəhər sakini 1993-cü il təvəllüdlü İsmayılov Emil Məhərrəm oğlu Bərdə Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, xəstələrin vəziyyəti orta ağır qiymətləndirilir.

İlkin ehtimala görə, avtomobildəkilər yaxınlıqdakı kafedən çıxıblarmış və sürücü sərxoş olub. Hadisənin təfərrüatları müəyyənləşdirilir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh